Daxili Qoşunların Zaqatalada yerləşən "N" saylı hərbi hissənin zabiti yol qəzası törədib. SİA-nin Simal-qərb bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunda Zaqatalanın Yuxarı Tala kəndindən keçən hissəsində baş verib.
Daxili Qoşunların mayoru Nuşirəvan Əliyev idarə etdiyi "VAZ 2107" markalı 90 BV 694 dövlət nömrə nişanlı avtomobillə, kənd ərazisində yerləşən fındıq sexlərinin birindən işdən çıxıb evə gedən Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1985-ci il təvəllüdlü Kərimova Ülviyyə İbrahim qızını vurub. Nəticədə müxtəlif ağır bədən xəsarətləri almış Ü.Kərimova Zaqatala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Bəhram Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB