Qatarla avtomobil toqquşdu

Minik maşını yük qatarı ilə toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə dünən saat 15:30 radələrində Qax Dəmir Yolu Stansiyasının ərazisindəki qorunmayan keçiddə baş verib. Qax rayon sakini Sərxan Orucov idarə etdiyi "Hyundai" markalı avtomaşını yük qatarına çırpıb.

Nəticədə ölən və xəsarət alan olmayıb, qatarın hərəkəti dayanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə