Ötən gün Şərifzadə küçəsində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, boğaz nahiyyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti alan Bakı şəhər sakini Pərvanə Dadaşova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əhməd Məmmədli Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB