Güclü yağış qəzaya səbəb olub

Güclü yağış qəzaya səbəb olub

Gecə saatlarında Bərdədə başlayan güclü yağış yol qəzasına səbəb olub. SİA-nın Qarabağ bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində baş verən yol qəzasında iki minik avtomobili toqquşub. Hər iki sürücünün diqqətsizliyi nəticəsində baş verən qəzada avtomobillər tamamilə yararsız vəziyyədə düşüb. Qəzada avtomobillərdən birinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı polis araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə