Yanğın hadisələri baş verib

Yanğın hadisələri baş verib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Masallı rayonu, Hacıtəpə kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin yanar konstruksiyaları 50 kv.m sahədə və damına yığılmış 4 ton ot bağlamasının 1 tonu yanııb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan 2 mərtəbəli 6 otağlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə