Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Zərdab rayonu, 1-Alıcanlı kəndində (rayon mərkzindən 16 km aralı) vətəndaşa məxsus ərazidə 6 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Bostançı kəndində (rayon mərkəzindən 35 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Bakı şəhəri, Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 620 kv.m olan ofisdə asma tavanın altında elektrik kabeli 0,5 p.m yanıb. Ofis və restoran yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə