Həyətində ilan vurdu

Goranboyun Yolqulular kənd sakini 45 yaşlı Oqtay Məmmədov gecə 01:01 radələrində əkin sahəsindən yaşadığı evə gələrkən yolda onu ilan sancıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, gürzə ilanı 45 yaşlı kişini sağ topuq nahiyəsindən sancıb.

Yaralı ailə üzvlərinin köməyilə dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, hazırda Oqtay Məmmədovun vəziyyəti stabil qiymətləndirilir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə