Ağstafa rayonunda fərdi ev yanıb

Ağstafa rayonunda fərdi evdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 20 km aralıda yerləşən Köçəsgər kəndində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 336 kv.m olan ikimərtəbıli 8 otaqlı evin 2-ci mərtbəsinin yanar konstruksiyaları 168 kv.m və evə bitişik talvarın yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə