Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Bərdə-ticarət" MMC-nin mal-qara satışı bazarının ərazisində 6 ha sahədə peyin yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Lənkəran rayonu, Göyşaban kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 550 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ailəvi istirahət mərkəzinin mətbəxinin və anbarının yanar konstruksiyaları 130 kv.m sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi və 40 litrlik (4 ədəd) qaz balonu yanğından mühafizə olunub.
Füzuli rayonu, 3-cü Zoğulcuq qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və damına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Ağcabədi rayonu, Aran kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Ucar rayonu, Məlikballı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 4 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 baş iri buynuzlu (buzov) heyvan tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Füzuli rayonu, Alxanlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ərazidə 10 ha kol-kos yanıb. Ərazidəki elektrik dirəyi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB