Şamaxıda maşın dərəyə yuvarlanıb: 3 nəfər yaralanıb, 1 sərnişin ölüb
Şamaxıda maşın dərəyə yuvarlanıb. Nəticədə 3 nəfər yaralanıb, 1 sərnişin isə ölüb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Şamaxı rayon, Dədəgünəş kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaş tərəfindən idarə olunan "MİTSUBİSHİ" markalı minik avtomobili dərəyə yuvarlanıb.
Nəticədə sürücü və iki sərnişin, müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən yanğın bölmələri çatana kimi Şamaxı rayonu mərkəzi xəstəxanasına aparılıblar.
Sərnişinlərdən biri 1960-cı il təv. Əzizov Fikrət Nazim oğlunun dərəyə düşmüş cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB