Şirvanda 3 ev yandı FOTOLAR

Şirvanda 3 ev yandı. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün saat 16:15 radələrində Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində Neftçilər küçəsində Balakişiyev Əlihüseynin 2 mərtəbəli həyətyanı evində yanğın başlayıb. Yangının alovu Balakişiyev Əlihüseyinin digər həyətyanı evinə keçib.

Yangının şiddətlənməsi digər qonşu İsayev Fərzinində evinə keçib. Hər 3 ev tamamilə yanıb. Hadisə yerinə Şirvan yanğından mühafizə hissəsinin briqadaları cəlb olunub. Küçələrin dar olması yanğın söndürən maşınların hərəkətinə ciddi mane olduğundan yanğının qarşısını alması çətinlik yaradıb. Yanğının Əlihüseyn Balakişiyevin evində propan balonun partlamasından və yaxud elektirik naqillərində qısa qapanmadan yaranması ehtimal olunur.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə