Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Ağsu rayonu, Qaraqaşlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan talvarın yanar konstruksiyaları 68 kv.m sahədə və altına yığılmış 7,5 ton ot bağlamasından 2,5 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Qobustan rayonu, Yekəxana kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tövlə və bağ sahəsi yanğından mühafizə olunub.

İsmayıllı rayonu, Hacıhətəmli kəndində (rayon mərkəzindən 31 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə