Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Göyçay rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığlımış 5 ton ot tayasının 1,5 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Binəqədi rayonunda sahibi məlum olmayan,istifadəyə yararsız "HYUNDAİ" markalı,dövlət qeydiyyat nişanı olmayan minik avtomobilinin salon hissəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Qusar rayonu, Gədəzeyxur kəndində (rayon mərkəzindən 12 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 120 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB