Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Gədəbəy rayonu, Poladlı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Göygöl rayonu, Şəhriyar kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan ikimərtəbəli evin 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə, evin damına yığılmış 3 ton ot bağlaması və evə bitişik ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yanğın zamanı ev sahibinin oğlu yanğınsöndürənlər tərəfindən xilas olunub. Evin qalan hissəsi və talvarın altına yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.

Kürdəmir rayonu, Sığırlı kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 12 km aralı) bələdiyyəyə məxsus ərasizə 5 ha sahədə biçilmiş taxıl sahəsi, 4 ha sahədə quru ot və 60 ədəd xurma ağacı yanıb. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuş və 2 baş iri buynuzlı heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə