4 gün əvvəl Bakıda avtobusun yanması nəticəsində yanıq xəsarətləri almış Gürcüstanın iki vətəndaşı xəstəxanada ölüblər. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, avqustun 23-də Bakıda "Mercedes" markalı avtobusun yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov dünən ölüblər.
Qeyd edək ki, 47 yaşlı Təyyar Hümbətov və 57 yaşlı Vidadi Qasımov avqustun 23-də Bakıda Sabunçu rayonu ərazisində, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Bakıdan-Gürcüstana gedən ikimərtəbəli sərnişin avtobusunun qəfil yanması nəticəsində xəsarət almışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB