Köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib

Köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib

Köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə