Ordumuz daha bir zabitini itirdi

Azərbaycan ordusunun zabiti vəfat edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bir ay öncə Tovuz rayonunda baş verən avtomobil qəzasında ağır kəllə-beyin travması alan leytenant Musayev İlham Ramiz oğlu bu gün Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.

Xatırladaq ki, İlham Musayev bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alıb və həmin vaxtdan indiyədək koma vəziyyətində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə