Lənkəranda minik avtomobili yanıb, xəsarət alan var. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Zövlə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "KİA" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın zamanı avtomobildə olan sərnişin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən Lənkəran rayon Mərkəzi xəstəxanasına aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB