Amerikanın 11 ştatında meşə yanğınları davam edir. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, yanğınlar 43 min hektar ərazini əhatə edir. Yanğınların söndürülməsində 17 mindən çox insan, xeyli texnika və aviasiya qüvvələri iştirak edir. Yanğına kəskin istilərin səbəb olduğu bildirilsə də, insan faktorunun da iştirakı istisna olunmur. Alyaska, Aydaxo, Montano, Oreqon, Vaşinqton, Kaliforniya, Nevada, Arizona, Bayominq, Kolorado və Yuta ştatları arasında ən çox ziyan çəkən Aydaxo ştatıdır. Burada onlarla ev yanıb, 2200-dən çox evin sakinləri evakuasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB