ABŞ-da sursat anbarında yanğın baş verib

ABŞ-da sursat anbarında yanğın baş verib

Amerikanın Nyu-Cersi ştatında ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus sursat anbarında yanğın baş verib. Bu barədə SİA xəbər verir. HDQ-nin nümayəndəsi gəmilərin birində təmir işləri aparılan zaman sahil kənarındakı tikililərdən birində partlayış, sonra isə yanğın baş verməsi faktını təsdiqləyib. Hadisəyə gəmidə qaynaq işləri aparılan zaman yaranan qığılcımın təsadüfən anbara düşməsi səbəb olub.

Xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib. Yanğın qısa müddət ərzində söndürülüb, anbarda saxlanılan sursat və avadanlıqlara heç bir ziyan dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə