Tokioda yeraltı təkanlar qeydə alınıb

Tokioda yeraltı təkanlar qeydə alınıb

Bu gün Yaponiyanın paytaxtı Tokioda 5 bal gücündə yeraltı təkanlar baş verib. Sia-nın verdiyi xəbərə görə, bu barədə ölkənin Milli meteoroloji agentliyi məlumat verib. Zəlzələnin episentrinin Xatidzyo adasından cənubda dənizin 10 km dərinliyində qeydə alındığı bildirilir. Titrəyişlər Tokioda da hiss olunub. Sunami təhlükəsi elan edilməyib. Ölən və yaralananların olması barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə