Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus qəbirsanlığın ərazisinə yığılmış 7,5 ton ot tayasının 1 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub.

Qobustan rayonu, Nabur kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonu, Dəlliməmmədli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Ərkivan kəndində (rayon mərkəzində 9 km km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan tövlənin yanar konstruksiyaları 35 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayonu, Sabirkənd ərazisində (rayon mərkəzindən 18 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Digər sahələr yanğından mühafizə olunub.

Xaçmaz rayonunda yol kənarında 10 ha sahədə quru ot yanmışdır. Yanğın nəticəsində digər ərazilər mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə