Qohumunu qətlə yetirdi

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində yaşayan İlqar Quliyev mübahisə zəminində qohumu Nazim Məlikheydəri qətlə yetirib. Cinayəti törədən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bununla yanaşı, ötən gün Maştağa qəsəbəsi, Daş karxanasında yerləşən kafenin qarşısında, Tural Mehdiyevə və qardaşı Qəzənfərə bıçaq xəsarətləri yetirdiyinə görə, Bakı şəhər sakini Talıb Əliyev Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunub.

Həmçinin avqustun 14-də Bakıxanov qəsəbəsində yaşayan Ramin Əsədova bıçaq xəsarətləri yetirdiyinə görə Tərtər rayon sakini Xaliq Hacızadə Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə