Göygöl rayonunda ər arvadını bıçaqlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, rayonunun Çaylı kəndində baş verən hadisə nəticəsində Goranboy rayon sakini 1971-ci il təvəllüdlü Süleyman İsgəndərov şəxsi münasibətlər zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Pərvanə İsgəndərovanı bıçaqlayıb. Nəticədə qadın yaxınlıqdakı insanların yardımı ilə Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirir. Süleyman İsgəndərov barəsində isə cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisəni törədən şəxs saxlanılaraq hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB