Yaponiyanın şərqində yerləşən Fukusima prefekturasında 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə SİA xarici ölkə agentliyinə istinadən xəbər verir. Qəzalı vəziyyətdə olan "Fukusima - 1" AES də həmin prefektura ərazisinə aiddir.
Yaponiya Milli Meteoroloji Agentliyi zəlzələnin episentrinin okeanın 20 km dərinliklərində qeydə alındığı barədə məlumat verib. Təkanlar yaxınlıqda yerləşən daha 8 prefektura ərazisində hiss olunub. Dağıntı və xəsarət alanların olması barədə informasiya verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB