BDU-ya məxsus tikili yanıb

Quba rayonu, İkinci Nügədi kəndində (rayon mərkəzindən 11 km aralı) Bakı Dövlət universitetinin hazırda fəaliyyət göstərməyən, sökülməkdə olan ümumi sahəsi 480 kv.m olan 2 mərtəbəli taxta konstruksiyadan ibarət tikilisi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə