“Dəmir yol” QSC-yə məxsus yük qatarında yanğın olub

“Dəmir yol” QSC-yə məxsus yük qatarında yanğın olub

Şəmkir rayonu, Könüllü kəndində "Dəmir yol" QSC-yə məxsus Qazax-Bakı istiqaməti ilə hərəkət edən, neft xammal daşıyan yük qatarının tutumu 60 ton olan boş sisternanın üzərinə dağılmış neft qalıqları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, sisterna yanğından mühafizə olunub. Yanğın saat 03:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə