Minik avtomobili ağaca çırpılıb

Minik avtomobili ağaca çırpılıb

Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun 3-cü km-də, Dağlı kəndi ərazisində qeydə alınıb. 28 yaşlı Qusar sakini Hüseynov Ramin Muxtar oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin 26 yaşlı Bakı sakini Mehdiyev Elbrus Əlövsət oğlu isə ağır xəsarətlərlə Quba MRX-na çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Quba rayon Dövlət Yol Polisi bölməsinin inspektoru Azad Əsədovun verdiyi məlumata görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə