Seyf oğurluğunun təfərrüatları MƏLUM OLDU

Seyf oğurluğunun təfərrüatları MƏLUM OLDU

Bakıda içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəis əvəzi, Polis mayoru Yalçın Yaqubovun SİA-ya verdiyi məlumata görə, rayonun Ələsgər Ələkbərov küçəsi 507/511-ci məhəllə, ev 14, mənzil 5 ünvanında yaşayan Qacar Çingiz Oveys oğlu 26-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək, avqustun 4-ü saat 13.30 radələrində ona məxsus mənzildən içərisində 60 min ABŞ dolları və gümüş çəngəl-bıçaq olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib: "Həmin hadisədən sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində Qacar Çingiz Oveys oğlunun evinə gəlib-gedənləri müəyyənləşdirib. Məlum olub ki, həmin şəxs Abbasova Nərminə Şaiq qızıdır. O, tibb bacısı kimi Qacar Çingiz Oveys oğlunun evinə gəlib. Beləcə, Nərminə Abbasova otağın açıq olmasından istifadə edərək seyfi götürüb və onun içərisindəki məbləği mənimsəyərək seyfi atıb. Sonradan əməliyyat axtarış tədbirləri nəticəsində həmin seyf tapılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qacar Çingiz Oveys oğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun direktorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə