Quba rayonu, Nüqədiqazma kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "SHAQMAN" markalı yük avtomobili idarəetməni itirərək ağaca çırpılıb. SİA-nın Fövqəladə Hallar NAzirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 22:50-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB