Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakı şəhəri, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xaçmaz rayonunda ("Seyidli" sularda xilasetmə postunun ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə