100 hektar əkin sahəsi külə dönüb

100 hektar əkin sahəsi külə dönüb

Xaçmazda 100 hektar biçilmiş əkin sahəsi külə dönüb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rəhimoba kəndi ərazisində qeydə alınıb. Yanğın nəticəsində 100 hektar ərazi külə dönüb. Hadisə yerinə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Təxminən 3 saatdan sonra alovun qarşısı alınıb. Yaxınlıqdakı bağ sahələri yanğınsöndürənlərin səyi nəticəsində mühafizə olunub. İlkin versiya olaraq hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi bildirilir. Belə ki, biçilmiş sahədə yerli sakinlər tərəfindən təmizlik işləri aparılarkən ehtiyatsızlığa yol verilib və nəticədə alov böyük bir sahəni əhatə edib.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə