Yanğın zamanı ev sahibinin oğlu ölüb

Yanğın zamanı ev sahibinin oğlu ölüb

Yanğın zamanı ev sahibinin oğlu ölüb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ( hər mərtəbəsi 110 kv.m) ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Kərimov Vahid Samit oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə