Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Şəmkir şəhərində vətəndaşa məxsus ümümi sahəsi 70 kv.m olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin otağının və aynabəndinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 12 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin həyət yoldaşı əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb və ona yerindəcə yanğınsöndürənlər tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
İsmayıllı rayonu, Ruşan kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Xaçmaz rayonu, Mürşüdoba kəndi (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı meyvə ağacları yanğından mühafizə olunub. Həmçinin, Şollar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus evin həyətyanı sahəsində "MTZ-80" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 10 ton ot bağlaması yanıb. Traktor yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB