Daxili İşlər Nazirliyi Şamaxıda 16 yaşlı qızın qardaşı tərəfindən öldürülməsi faktı ilə bağlı məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, iyulun 22-də itkin düşmüş Şamaxı şəhərində yaşayan Nərminə İsgəndərova iyul ayının 30-da evinə qayıdıb. İyulun 31-də Əmrah İsgəndərov bacısı Nərminə İsgəndərovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmrah İsgəndərov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB