Başa bəla pullar

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, iyulun 24-ü saat 17:05 radələrində B.Nuriyev küçəsində Ucar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Pərviz Hüseynov Bakı şəhər sakini Elnur Abdullayevin əlindən 60 manat pulu alıb qaçarkən Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin və ÇPA-nın əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, iyunun 3-də Qaradağ rayonu ərazisində özünü Elçin kimi təqdim edərək Bakı şəhər sakinləri İntiqam Soltanov və Ələmdar Məmmədovdan 60 və 100 manat pul alıb, geri qaytarmayıb. Bununla yanaşı, ötən il iyun ayının 21-də isə "Sədərək" Ticarət Mərkəzində Sumqayıt şəhər sakini İman Babayevin etibarından sui-istifadə edərək ondan 300 manat pul alaraq mənimsəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə