Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və yaxınlıqda yığılmış ümumi çəkisi 2.5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub, tövlədə olan 23 baş xırda buynuzlu heyvan və sayı məlum olmayan ev quşları xilas olunub.
Bakı şəhəri, Nərimanov rayonunda "OTOYOL" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğinsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB