Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb

Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Beyləqan rayonu, Şəfəq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan dəmirdən ibarət avtomobil təmiri sexinin içərisində taxta döşəmə 9 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Qaradağ rayonunda "Otoyol" markalı sərnişin avtobusunun arxa təkərləri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Qəriblər kəndində (rayon mərkəzindən 10 km aralı) bələdiyyəyə məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə