Nabrandakı faciədə 2 yaşlı uşaq ayaqlarını itirdi FOTO

Nabrandakı faciədə 2 yaşlı uşaq ayaqlarını itirdi FOTO

Dünən, iyulun 21-də "Nabran Holiday Village"-də baş verən faciəli hadisə ictimaiyyəti dəhşətə gətirib. SİA-nın xəbərinə görə, hadisənin şahidləri həmin anı dəhşətlə xatırlayırlar. Onların sözlərinə görə, hovuz ətrafında istirahət edənlər onların gözləri qarşısında baş verən faciədən elə sarsılıblar ki, hətta əvvəlcədən bu barədə razılaşmadan "Nabran Holiday Village"-i dərhal tərk ediblər.

Qeyd edək ki, 2 yaşlı İmranın ayaqları amputasiya olunub. "Nabran Holiday Village" şirkəti rəhbərliyinin nümayəndələri ictimaiyyətdən gizlənirlər və baş verənləri şərh etməkdən yayınırlar. Bununla yanaşı, onlardan heç kim oğlanın vəziyyəti ilə maraqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə