Xəzər rayonunda yeniyetmə dənizdə batıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər rayonu ərazisində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 14 km məsafədə, nəzarətsiz ərazidə) şəxsiyyəti məlum olmayan, təqribən 10-15 yaşlarında 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB