Şəmkir-Gədəbəy perevalının 4-cü km-də Yasamal aşırımında ağır yol qəza hadisəsi baş verib. SİA-nın Qərb bürosunun xəbərinə görə "PAZ" markalı avtobus "Toyota Land Krusser" markalı minik avtomobili toqquşub. Nəticədə "PAZ" markalı avtobus dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan 8 hərbiçidən biri Elxan Əliyev hadisə yerində keçinib. 5 yaralı isə Şəmkir Mərkəzi rayon Xəstəxanasına qaldırılıb. Yaralılardan 35 yaşlı Elşad Abbasov və 41 yaşlı Midhəd Əsədovun vəziyyəti ağırdır.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB