Bir gündə iki yanğın hadisəsi baş verib

Bir gündə iki yanğın hadisəsi baş verib

Şəmkir rayonunda bir gündə iki yanğın hadisəsi baş verib. SİA-nın Qərb bürosunun xəbərinə görə, hadisələrdən biri fərdi yaşayış evində qeydə alınıb. Fərdi yaşayış evində baş verən hadisə nəticəsində Sabir İbrahimova məxsus "Qazel" markalı avtomobil yanıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Nəticədə adıçəkilən şəxsə məxsus 17 baş iri buynuzlu mal-qara ərazidən çıxarılıb, həmçinin alovun qonşulara keçməsinin qarşısı alınıb. Digər hadisədə isə taxıl zəmisi yanıb. Aparılan əməliyyat nəticəsində də yanğının qarşısı vaxtında alınıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə