Yanğın hadisələrinin qaşısı alınıb

Yanğın hadisələrinin qaşısı alınıb

Yanğın hadisələrinin qaşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərə görə, Qəbələ rayonu Böyükəmirli kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus sahəsi 60 kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları, damına yığılmış 1,5 ton ot bağlaması və 6 ton taxılın 3 tonu yanıb. Taxılın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Saatlı rayonu, Qaranuru kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış ümumi çəkisi 6 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi, yaxınlıqdakı tövlə və ev yanğından mühafizə olunub.

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd "BEKO" markalı paltaryuyan maşın və 1 kv.m sahədə mətbəx mebeli yanıb.Yanğından mənzil mühafizə olunub.

Masallı rayonu, Həsənli kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb.Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə