Yevlaxda mağaza yanıb

Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 134 kv.m olan qarışıq mallar mağazası içərisindəki mallarla birgə yanıb. SİA-nın xəbərinə görə, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə