Masallıda dəhşətli qəzada 2 nəfər ölüb

Masallıda dəhşətli qəzada 2 nəfər ölüb

Masallı rayonunda ağır yol qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyulun 9-na keçən gecə Masallı rayonunun Dənbəlov kəndi ərazisində rayon sakini Zaur Əhədlinin idarə etdiyi "Mercedes" markalı və Yardımlı rayon sakini Gündüz Adışovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə VAZ-2107" markalı avtomaşının sərnişi Sabirabad rayon sakini Pərviz Cəfərov hadisə yerində, sürücü Gündüz Adışov isə xəstəxanada ölüb.

Sənişinlərdən İmişli rayon sakini Taleh Hüseynov, habelə Zaur Əhədli xəstəxanaya yerləşdiriliblər. Masallı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə