Maşının rəngini dəyişərək satmaq istədi

Maşının rəngini dəyişərək satmaq istədi

Tərtər və Naftalan rayon polis şöbələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayonunda məskunlaşan Ağdamdan olan məcburi köçkün Rəsul Nəsibova məxsus "VAZ 2106" markalı maşını oğurlayan şəxsləri yaxalayıb.

SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, saxlanılan şəxslər - Gəncə şəhərində yaşayan Əli İbrahimov və Naftalan sakini Anar Hacıyev avtomobili oğurladıqdan sonra rəngini və dövlət nömrə nişanını dəyişiblər.

Qeyd edək ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4 maddəsi ilə cinayət işi açılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə