Yanğının genişlənməsinin qarşısı alınıb

Yanğının genişlənməsinin qarşısı alınıb

Yanğının genişlənməsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Şabran rayonu, Xəlilli kəndində (rayon mərkəzindən 14 km aralı ) 5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin, Bərdə rayonu, Lənbəran kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tövlə və yaşayış evi yanğından mühafziə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə