Qəzada 100 nəfər yaralanıb

Rusiyanın Krasnodar vilayətində sərnişin qatarının relsdən çıxması qəzaya səbəb olub. SİA-nın rus mətbuatına istinadən xəbərinə görə, hadisə nəticəsində 100 nəfər yaralanıb, 15 nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində 19 vaqondan 11-i relsdən çıxıb, 7 vaqon isə aşıb. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb, qatarda olan 600 sərnişin evakuasiya edilib.

Mütəxəssislər terror aktı versiyasının olmadığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə