Mingəçevir şəhərində gecə saatlarında yağan leysan yağışları nəticəsində onlarla fərdi yaşayış evi palçıq içində qalıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, zərərçəkmiş ərazi əsasən şəhərin Günəşli bağlar massividir. Bu ərazi Boz dağın ətəyinə yaxın sahədə yerləşir. Güclü yağıntılar zamanı isə ən çox ziyan burada yaşayan sakinlərin təsərrüfatına dəyir. Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəzləri tam yararsız vəziyyətə düşüb. Evlərin içini və zirzəmisini palçıqlı su basıb.
Məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bildirilib ki, vəziyyət nəzarətə götürülüb. Əraziyə texnika və işçi qüvvəsi cəlb edilib. Dəymiş ziyanla bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB