Bakıda yerləşən kafelərdən birində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda 4 mərtəbəli yaşayış binasının zirzəmisində vətəndaş tərəfindən icarəyə götürülmüş, ümumi sahəsi 35 kv.m olan kafenin mətbəxində elektrik şiti, 6 p.m elektrik naqilləri yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB